Şah İsmail Hatayi Yaşamı Şah İsmail Hatayi Hayatı

Şah İsmail Hatayi
(Yaşamı)

 

(17.7.1487-23.5.1524,Erdebilde defn olunmuşdur) - Azerbaycan Sefeviler dövletinin banisi. Dövlet xadimi ve serkerde, şair. Şeyx Heyderin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Hesenin qızı Alemşah beyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heyderin ölumünden (1488) sonra kiçik yaşlı Ismayılı anası ve qardaşları (Sultaneli ve İbrahim) ile birlikde hebs etdirdi. Sultan Yaqubun ölümünden sonra Rüstem Mirzenin emri ile Şeyx Heyderin oğlanları 1492-ci ilde hebsden azad olundu.

Böyük qardaşı Şeyx Sultaneli Ismayılı özünün veresesi teyin ederek Erdebile gönderdi.Bir müddet Erdebilde ve Reştde gizledilen İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirze Elinil sarayına aparıldı.1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın terbiyeçisi ve meslehetçisi olan bir neçe qızılbaş tayfa başçısı ile birlikde qoşun toplamaq üçün Erdebile yollandı. O, 1500-cü ilin yazında şamlı ve rumlu tayfalarından,habele Qaradağ ve Talış ehalisinden ona qoşulmuş 2 mine yaxın qızılbaşla Qarabağ, Çuxursed, Şuragil, Kağızman, Tircan yolu ile Erzincana geldi. Burada qızılbaş tayfalarından, habele Qaradağ sufilerinden teqriben 7 min terefdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi ve Şirvanşah qoşunlarını meğlubiyyete uğratdı. Döyüşde Şirvanşah Ferrux Yasar öldürüldü.

1501-ci ilin payızında Tebrize daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Tebriz olan Azerbaycan Sefeviler dövletinin esası qoyuldu. I Şah İsmayılın tabe olmaq teklifini redd eden Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-de Hemedan yaxınlığında döyüş de qızılbaşların qelebesi ile neticelendi. Sonrakı illerde Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-erebi Sefeviler dövletine qatdı.Onun dövründe Sefeviler dövleti Yaxın Şerqin qüdretli dövletlerinden birine çevrldi.

1514-cü ilde sultan I Selimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ile Çaldıran düzünde baş vermiş döyüşde qızılbaşlar meğlubiyyete uğradılar. Sonrakı illerde Şah İsmayıl Şeki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Sefevilerden asılı veziyyete saldı. O, Şekiye növbeti seferden Erdebile qayıdarken vefat etdi.Yerine oğlu I Tehmasib keçdi. Türk, fars ve ereb dillerinide gözel şerler yazan görkemli şair Şah İsmayıl Xetayi eserlerinin çox hissesini ana dilinde yazmışdır ve onun yaradıcılığı Azerbaycan poeziyası tarixinde mühüm merhele teşkil edir. Onun yaradıcılığının teşekkül ve inkişafında Nesimi şeri başlıca yer oynamışdır.

Şah İsmayıl Xetayi eruz ve heca veznlerinde hem klassik, hem de xalq şeri formalarında epik ve lirik eserler yazmışdır. «Dehname» («On mektub»,1506) poeması, exlaqi-didaktik ve felsefi «Nesihetname» mesnevisi ana dilli şerimizin ilk nümunelerindendir. O, poeziyanın inkişafına müstesna ehemiyyet vermiş, türk dilinde yazan şairlere hamilik etmiş, sarayında şairler meclisi yaratmışdı. Onun hakimiyyeti illerinde türk dili neinki hakim edebi dile çevrilmiş, eyni zamanda, dövlet dili seviyyesine yükselmiş, diplomatik yazışmalarda bele istifade olunmuşdur. Şah İsmayıl Xetainin eserleri Yaxın Şerqin bir sıra ölkelerinde yayılmışdır. Eserlerinini elyazmaları dünyanın meşhur elyazma fondlarında ve müzeylerinde saxlanılır

Keçen minillikde Azerbaycanda en uzun süren müddetde (1501-1736) hakimiyyetde olmuş Sefeviler sülalesinin banisi I Şah İsmayıl Xetai ve onun davamçıları olanlar- Sefeviler sülalesinin nümayendeleri Azerbaycanın siyasi tarixinde xüsusi ve müstesna ehemiyyete malik siyasi xadimlerdir. Azerbaycanın erazi bütövlüyünün te’min olunması, türk dilinin (Azerbaycan) dövlet dili kimi işledilmesi ve beynelxalq ehemiyyet kesb etmesi, elmin, medeniyyetin, incesenetin coşqun inkişafı, sosiyal edaletin tentenesi kimi yüksek qiymetlendirilen siyasetin aparılması onlara müstesna nüfuz qazandırmışdır. Azerbaycan şifahi xalq edebiyyatında I Şah Abbas Sefevi edaletli hökmdar kimi xüsusile ferqlenir.

İster Qerb, isterse de Şerqde bu sülalenin nümayendeleri çox yüksek qiymetlendirilmişler. I Şah İsmayıl Sefevi, I Şah Tehmasib Sefevi, I Şah Abbas Sefevi haqqında yazılanlar onları çox böyük ve tanınmış siyasi xadimler kimi xarakterize edir. Monteskyönün “İran mektubları” eserine daxil olan mektublarının birinde I Şah Abbas Sefevinin adının bütün dünyaya yayıldığı yazılır. Mirze Kazim beyin “Bab ve babiler” eserinde “Şanlı Sefeviler sülalesi” ifadesi işledilir. Qeyd edek ki, dünya şöhretli şerqşünasın bele yazması bu sülalenin nümayendelerinin ciddi elm nümayendesi terefinden qiymetlendirilmesidir. M. Terbiyyet meşhur “Danişmendan-i Azerbaycan” (danişmend - sözünün lüğetde tercümesi “alim”, “bilikli” demekdir) eserinde bu sülalenin nümayendeleri haqqında yazılanlar çox ciddi ehemiyyet kesb edir. Me’lum olduğu kimi bu eser Qerbde çox yüksek qiymetlendirilmişdir.

Abasqulu Ağa Bakıxanovun “Gülüstan-i İrem” eserinde Sefevi şahlarının adları çekilir ve onlara esasen, müsbet münasibet ifade olunur. Böyük Britaniya ve Şimali İrlandiya karllığında R. Seyvori, V. Minorskinin Sefevilerle bağlı yazdıqları çox yüksek elmi seviyyeye malik olan eserler bu sahede mühüm ehemiyyet kesb edir. M. Terbiyyetin yuxarıda adı çekilen eserinde Şah İsmayıl Xetai haqqında “dünyanı itaete getiren bu hökmdar” ifadesi yazılır. Qeyd edek ki, hemin kitabda bu sülalenin hakimiyyetden evvelki dövrünün nümayendeleri olan Şeyx Sefi ve Şeyx Heyderin de adları çekilir. Kitabda Şeyx Sefi “bizim dünya mürşidi” kimi adlandırılır. Sefeviler sülalesinin nümayendelerinin alim, bilikli, me’lumatlı şexsler kimi qiymetlendirilmeleri enenevi Azerbaycan siyasetinin çox yüksek seviyyesini ve nüfuzunu ifade edir. E. Braunun meşhur “İran edebiyyatı” eserinde Sefeviler sülalesinin nümayendeleri haqqında xüsusile yazılıb. Sefeviler sülalesinin siyasi nüfuzlarının yüksek seviyyede olmalarına sübut kimi Avropada onların “böyük sufiler” adlanmalarını nümune göstermek olar. Me’lum olduğu kimi, I Şah Abbas Sefevi hem Qerbde, hem de Şerqde “böyük” kimi tanınmışdır.

Sefeviler sülalesinin banisi I Şah İsmayılın edebi yaradıcılığı Türkiyede çox yüksek qiymetlendirilmişdir. S. N. Ergün, F. Köprülüzade Şah İsmayıl Xetai yaradıcılığını tedqiq etmişler. Şah İsmayıl Xetainin siyasi nüfuzunun mühüm göstericisi kimi böyük ingilis filosofu F. Bekonun, Azerbaycanın mütefekkir şairi M. Füzulinin Şah İsmayılı qiymetlendirmeleri böyük ehemiyyet kesb edir. F. Bekon hem zahiri görünüşü, hem yüksek menevi keyfiyyetlerine göre onu çox yüksek qiymetlendirmişdir. Azerbaycan edebiyyatında Şah İsmayıl Xetai merhelesi Nesimiden sonra, Füzuliden ise bir qeder evveldir. Azerbaycan edebiyyatında bu iki klassikin yaradıcılıqları arasında zamanda orta mövqe tutan Xetai yaradıcılığının xüsusi merhele kimi deyerlendirilmesi ciddi elmi esasa malik olan bu şe’r senetinin layiqli qiymetidir. Xetainin üç dilde (Azerbaycan türkcesi, Fars ve Ereb) şe’r yazması, öz şanlı genetik seleflerinin (hem ata terefden - Şeyx Sefi, hem ana terefden Hesen Şah Ağqoyunlu), elece de, şe’r seneti korifeylerinin Nizami, Yunis İmre, Nesimi enenelerini davam ve inkişaf etdirmesi onun edebiyyat tarixinde xüsusi bir senetkar olduğunu xarakterize edir.

Bu senet yüksek elmilik, sade xalq diline yaxınlığı ile seçilir. Şah İsmayıl Sefevi siyaset sahesinde olduğu kimi edebiyyat sahesinde de elmiliyi ile xüsusi seçilen bir dahi kimi qebul edilebiler. Şah İsmayıl Xetainin tebieti gözel, elmi suretde bilmesi “Dehname” mesnevisinin meşhur “Bahariyye” hissesinde me’lum olur (”Sifet-i gülşen-i bahar” - Bahar güllüyünün tesviri). Bu hissede faxte (qumru, çöl göyerçini), durna, laçın, bülbül, turrac, qumru, qu, üqab (qaraquş, qartal), qurqura, qaz, keklik, bayquş, sığırçın, ötkün quşu, gögerçin (göyerçin), şahbaz, serçe, tuti kimi quş adları çekilir. Bu hissede adı çekilen bitki adları da hemçinin onun tebieti sevmesinin ifadesi kimi qebul edile biler. O, burada tebieti tam suretde tesvir etmeye müveffeq olabilib. Heç şübhesiz ki, bu gözel tesvirde Xetai Azerbaycan tebietine esaslanmışdır. Şah İsmayıl Xetainin şe’rleri onun felsefe (bu söze şe’rlerinde bir defe rast gelinir), astronomiya, riyaziyyat, musiqi, edebiyyatşünaslıq kimi elmleri derinden bilmesini eks etdirir. Xetainin Azerbaycan şifahi xalq edebiyyatına yaxınlığı ve sevmesi de şe’rlerinde aydın suretde ifade olunur. Onun şifahi xalq edebiyyatına münasibeti ciddi elmi yanaşmaya göre çox mühüm ehemiyyet kesb edir. Şah İsmayıl Sefevi (Xetai) Azerbaycan tarixinde çox böyük siyasetçi kimi dövlet senedleri sahesindeki xidmetlerine göre de xüsusile qeyd olunabiler. Onun xarici ölkelerle apardığı diplomatik yazışmalar ciddi elmi ve siyasi mezmuna malik olan senedler kimi xüsusi tarixi ehemiyyete malikdir.

Şah İsmail Hatayi Yaşamı Şah İsmail Hatayi Hayatı

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !